...

Öhdəsində əlil uşaq olan işçilərə qısaldılmış iş vaxtı tətbiq edilə bilər

Cəmiyyət Materials 27 Fevral 2026 09:03 (UTC +04:00)
Öhdəsində əlil uşaq olan işçilərə qısaldılmış iş vaxtı tətbiq edilə bilər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulması səbəbindən əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərə qısaldılmış iş vaxtının tətbiqi təklif edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Əmək Məcəlləsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Ombudsmanın məruzəsində ağır şəkərli diabet və ya dağınıq skleroz xəstəliklərindən əziyyət çəkən, habelə öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulması səbəbindən əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərə münasibətdə qısaldılmış iş vaxtının tətbiqi ilə bağlı Əmək Məcəlləsinin yuxarıdakı hissəsinə müvafiq dəyişikliklərin edilməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti