...

Görmə qabiliyyəti məhdud şəxslər üçün elektron imzalama mexanizmi hazırlana bilər

Cəmiyyət Materials 27 Fevral 2026 09:04 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Görmə qabiliyyəti məhdud olan şəxslər üçün elektron imzalama mexanizminin hazırlanması təklif edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, görmə qabiliyyəti məhdud olan şəxslərin imzasının hüquqi cəhətdən tanınması və imzalanma zamanı üçüncü şəxsin iştirakı tələbinin aradan qaldırılması məqsədilə bu şəxslərin “ASAN imza” vasitəsilə sənədləri səsli interfeys və ekran oxuyucu dəstəyi ilə oxuyub təsdiqlənməsinə imkan verən və ya digər əlçatan imzalama mexanizminin hazırlanması və tətbiqi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti