Bakı. Trend:
Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xidmətini başa vura bilməyən kadr zabitlərinə müəyyən şərtlə öz arzularına uyğun ehtiyata buraxılması təklif edilir.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xidmətini bu və ya digər səbəblərdən başa vura bilməyən kadr zabitlərinə, dövlət tərəfindən onların təhsilinə çəkilən xərclərin müvafiq müddət üzrə hesablanaraq onlardan dövlət nəfinə geri ödənilməsi şərti ilə öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının işlənib hazırlanması təklif edilir.
