Bakı. Trend:
Qazaxıstanın Aqmola vilayətinin Burabay rayonunun Şuçinsk şəhərində kafedə partlayış baş verib.
Trend xəbər verir ki, hadisə nəticəsində altı nəfər həlak olub, təxminən 20 nəfər xəsarət alıb.
“Xilasetmə işçiləri dağıntıların təmizlənməsi işlərini aparır. Hadisənin səbəbləri araşdırılır”, - Aqmola vilayəti Fövqəladə Hallar Departamentinin rəsmi nümayəndəsi Yersain Koyşibayev bildirib.