...

Azərbaycanda pensiyaların artırılması təklif edildi

Cəmiyyət Materials 27 Fevral 2026 09:00 (UTC +04:00)
Azərbaycanda pensiyaların artırılması təklif edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək pensiyasının minimum məbləği artırılarkən o vaxtadək təyin edilən bütün pensiyaların mütənasib qaydada artırılması təklif edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, əmək pensiyasının minimum məbləği artırılarkən məbləğindən asılı olmayaraq həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən olunmuş məbləğdə (və ya faiz nisbəti ilə) artırılması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti