Bakı. Trend:
15 yaşı tamam olmayan vətəndaşlara on gün müddətində şəxsiyyət vəsiqəsinin pulsuz verilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
“Dövlət rüsumu haqqında” Qanuna əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə - on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat dövlət rüsumu tutulur.
Ombudsmanın məruzəsində 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin on gün müddətində verilməsi və ya dəyişdirilməsinin ödənişsiz əsaslarla həyata keçirilməsi təklif edilir.
