...

İş yerində psixoloji təzyiq görənlərin nəzərinə!

Cəmiyyət Materials 27 Fevral 2026 09:05 (UTC +04:00)
İş yerində psixoloji təzyiq görənlərin nəzərinə!
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək Məcəlləsinə “İş yerində psixoloji təzyiq (mobbing)” adlı yeni maddənin əlavə edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, Əmək Məcəlləsinə “İş yerində psixoloji təzyiq (mobbing)” adlı yeni maddənin əlavə edilməsi və bununla bağlı hüquq münasibətlərinin həmin maddədə ümumiləşdirilməsi təklif edilir.

Həmçinin, Əmək Məcəlləsindən nəzərdə tutulan əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasında işçinin iş yerində təkrar psixoloji zorakılığa (mobbing) məruz qalması hallarında əmək müqaviləsinin işçi tərəfindən birtərəfli qaydada ləğv edilə bilməsi ilə əlaqədar dəyişikliyin edilməsi də təkliflər arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti