...

İnsan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramının qəbul olunması təklif edilir

Cəmiyyət Materials 27 Fevral 2026 09:05 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti illər üçün insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul olunması təklif edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, insan hüquq və azadlıqlarının təmini, müdafiəsi və təşviqi sahəsində həyata keçirilmiş islahatların məntiqi davamı olaraq müasir çağırışlara, yeni dövrün tələblərinə və mövcud prioritetlərə uyğun, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın, hüquq müdafiə sisteminin və idarəetmənin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi, bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə növbəti illər üçün insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul olunması təklif edilir.

Həmçinin, ölkəmizdə biznesin inkişafı istiqamətində həyata keçirilən islahatları, bu sahədə qəbul edilən proqram, plan və strategiyaları, BMT-nin “Biznes və insan hüquqları üzrə rəhbər prinsipləri”ni və “Biznes və insan hüquqları üzrə Milli Fəaliyyət Proqramlarına dair Təlimatı”nı, eləcə də bu sahədə xarici ölkələrin müsbət təcrübəsini nəzərə alaraq, biznes fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının təmini, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin sosial iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədilə “Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nın hazırlanıb qəbul olunması da təkliflər arasındadır.

Bununla yanaşı, əhalinin psixi sağlamlığının təmin olunması və ağır psixi pozuntuların inkişaf riskinin azaldılması, psixi pozuntulardan əziyyət çəkən şəxslərə əlçatan, keyfiyyətli və kompleks yardımın göstərilməsi üçün əlverişli şəraitin yaradılması, onların hüquq və mənafelərinin qorunması, sosial müdafiəsinin təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə Psixi Sağlamlıq Sahəsində Milli Strategiyanın qəbul edilməsinin sürətləndirilməsi məqbul sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti