...

Pakistan və Əfqanıstan arasında baş verən toqquşmalarda həlak olanların sayı açıqlandı

Dünya xəbərləri Materials 27 Fevral 2026 03:11 (UTC +04:00)

Bakı. Trend:

Pakistan və Əfqanıstan arasında baş verən toqquşmalar nəticəsində azı 133 əfqan hərbçi həlak olub, 200-dən çoxu isə yaralanıb.

Trend xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaulla Tarar X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstan silahlı qüvvələrinə məxsus 27 blokpostu məhv edib, daha 9-u isə nəzarətə götürülüb. Həmçinin tanklar, artilleriya qurğuları və zirehli transportyorlar daxil olmaqla 80-dən çox hərbi texnika sıradan çıxarılıb.

Nazir əlavə edib ki, Kabul, Paktiya və Qəndəhar şəhərlərində əfqan taliblərinin müdafiə mövqelərinə zərbələr endirilib və itkilərin sayının daha da arta biləcəyi istisna edilmir.

Xəbər lenti

Xəbər lenti