...

SOCAR 2025-ci ilin yekunlarına görə, "Moody’s"in "yüksələn ulduz" sıralarına daxil olub

Energetika Materials 27 Fevral 2026 10:05 (UTC +04:00)
SOCAR 2025-ci ilin yekunlarına görə, "Moody’s"in "yüksələn ulduz" sıralarına daxil olub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ildə neft-qaz sektorunun altı “yüksələn ulduzu” sırasına daxil olub, yəni “Moody’s” agentliyindən investisiya reytinqi alan şirkətlər arasında yer alıb.

Trend xəbər verir ki, agentliyin son hesabatına görə, 2025-ci ildə investisiya səviyyəli statusu altı neft-qaz şirkəti əldə etmişdi vəbir şirkət isə bu statusu itirmişdi (“fallen angel”).

“Moody’s” bildirir ki, “TechnipFMC” plc şirkətinin reytinqi (Baa2, proqnoz stabil) 2025-ci ilin yanvarında borc yükünün azalması, kapital strukturunun sadələşdirilməsi və sərbəst pul axınının artması nəticəsində Baa3 səviyyəsinə müsbət proqnozla yüksəlib, sentyabr ayında isə Baa2 səviyyəsinə çatıb.

“Expand Energy Corporation” şirkətinin reytinqinin (Baa3, stabil proqnoz) artırılması borcun əhəmiyyətli dərəcədə azalmasını və daha mühafizəkar maliyyə siyasətinə sadiqliyi əks etdirir.

Agentlik həmçinin biznes miqyasının genişlənməsi və kredit göstəricilərinin davamlı yaxşılaşması fonunda “DT Midstream” (Baa3, stabil) və “Vallourec” (Baa3, stabil) şirkətlərinin reytinqlərini yüksəldib.

“EnLink Midstream LLC” şirkətinin reytinqi isə onun ONEOK (Baa2, stabil) tərəfindən satın alınmasından sonra artırılıb.

“Moody’s hesabatında qeyd olunur ki, SOCAR-ın reytinqi (Baa3, stabil) Azərbaycanın suveren reytinqinin Baa3 səviyyəsinə yüksəlməsindən sonra artırılıb.

Xəbər yenilənir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti