Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Anna Akopyanın onların yollarını ayırmaları barədə açıqlamasını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Nikol Paşinyan öz rəsmi “Facebook” səhifəsində paylaşım edib.
O, Annanın qərarına hörmətlə yanaşdığını söyləyib.
“Son 30 il ərzində mənim bütün çətin günlərimdə o, yanımda olub, mənim dayağım və arxam olub. Onun üçün mənim də belə olub-olmadığıma əmin deyiləm. Bəlkə də ona daha çox üzüntü yaşatmışam və buna görə üzr istəyirəm”,-deyə Paşinyan yazıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistan KİV-də Anna Akopyanın Ermənistan baş nazirindən ayrılması ilə bağlı xəbərlər yayılmışdı.
