...

Şəhid ailəsi statusunda dəyişiklik edilə bilər

Cəmiyyət Materials 27 Fevral 2026 09:01 (UTC +04:00)
Şəhid ailəsi statusunda dəyişiklik edilə bilər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlara şəhid ailəsi statusunun verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən, ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilirlər.

Ombudsmanın məruzəsində şəhid ailəsinin üzvlərinin təhsil hüququnun təmin olunması ilə bağlı səmərəliliyin artırılması məqsədilə yuxarıdakı abzasda müəyyən edilmiş peşə təhsili, orta ixtisas təhsili va al tahsil müəssisələrində təhsil alanlara münasibətdə 23 yaş məhdudiyyətinin artırılması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti