Bakı. Trend:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərin məhkəmədə yaxın qohumunu nümayəndə qismində təyin edə bilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
İnzibati Xətalar Məcəlləsinə əsasən, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır.
Ombudsmanın məruzəsində bəzi hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin maddi vəziyyətinin vəkillə müqavilə bağlayacaq səviyyədə olmadığını, həmçinin bəzi cərimə növündə inzibati tənbeh tədbirlərinin məbləğinin vəkillə müdafiə olunmaq üçün səmərəsiz nəticələrə gətirib çıxardığını nəzərə alaraq, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin zərər çəkmiş şəxslərlə bərabər bati xəta imkanlarını təmin etmək məqsədilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərin məhkəmədə yaxın qohumunu nümayəndə qismində təyin edə bilməsi ilə bağlı yuxarıdakı maddədə müvafiq dəyişikliyin edilməsi təklif edilir.
