...

Bakı, Sumqayıt və Qaxda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Cəmiyyət Materials 27 Fevral 2026 18:21 (UTC +04:00)
Bakı, Sumqayıt və Qaxda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Qax rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Kazımağa Kərimov küçəsi 18 ünvanında 1 ağac, Yasamal rayonu Şərifzadə küçəsi bina 134 ünvanında 2 ağac, Binəqədi rayonu Biləcəri qəsəbəsi Sumqayıt şosesi 10A ünvanında 30 ağac, Binəqədi rayonu Biləcəri qəsəbəsi 53E ünvanında 42 ağac, Qaradağ rayonu Bakı-Ələt avtomobil yolunun 50-ci kilometrliyində 13 ağac, 12 kol, Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində 6 ağac, 4 kol, dənizkənarı bulvar ərazisində 17 ağac, Sumqayıt şəhəri Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsində 21 ağac, Qax rayonu Zərnə kəndi ərazisində isə 9 ağacın qanunsuz kəsildiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti