...

Azərbaycanda qazlaşmanın səviyyəsi 97%-ə yaxınlaşıb

Energetika Materials 27 Fevral 2026 16:40 (UTC +04:00)
Azərbaycanda qazlaşmanın səviyyəsi 97%-ə yaxınlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Respublika üzrə bu ilin əvvəlinə təbii qazla təmin olunmuş əhali abonentlərinin sayı 2 668 702 təşkil edib.

Trend bu barədə Energetika Nazirliyi tərəfindən 2025-ci ildə görülmüş işlərə dair hesabata istinadən xəbər verir.

Məlumata görə, qazlaşmanın ümumi səviyyəsi təxminən 96,6 faiz olub. Bildirilib ki, qazlaşdırılma istiqamətində işlər davam etdirilir.

“Qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə yeni qaz kəmərləri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün qaz kəmərləri əsaslı təmir olunub. Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub”,- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti