...

Dayanıqlı inkişaf üçün CAREC ölkələrinin effektiv "yaşıl" maliyyələşmə mexanizmlərinə ehtiyacı var

Yaşıl iqtisadiyyat Materials 27 Fevral 2026 14:41 (UTC +04:00)
Dayanıqlı inkişaf üçün CAREC ölkələrinin effektiv "yaşıl" maliyyələşmə mexanizmlərinə ehtiyacı var
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) ölkələri dayanıqlı inkişafa nail olmaq üçün etibarlı “yaşıl” maliyyə mexanizmlərinə ehtiyac duyurlar.

Bu barədə Trend “CAREC İnstitute”a istinadən xəbər verir.

Hesabata əsasən, CAREC ölkələrində aşağı fiskal imkanlar və “yaşıl” kapital bazarının zəif inkişafı iri miqyasda maliyyə vəsaitlərinin səfərbər edilməsini məhdudlaşdırır.

“Yaşıl” maliyyələşmənin məqsədli alətləri olmadan CAREC regionunda aşağı karbonlu iqtisadiyyata keçid milli öhdəliklərə və beynəlxalq iqlim hədəflərinə uyğun gəlməyə bilər. Qlobal “yaşıl” keçid şəraitində effektiv maliyyə mexanizmlərinin yaradılması dayanıqlı inkişafa nail olmaq üçün zəruri əhəmiyyət daşıyır”, -deyə “CAREC Institute” qeyd edir.

Hesabat müəllifləri CAREC ölkələrində “yaşıl” maliyyələşmə sistemlərinin hazırlanması və həyata keçirilməsində uzunmüddətli ənənəvi inkişaf modelləri və siyasi çərçivələr nəticəsində formalaşmış struktur zəiflikləri vurğulayırlar. Əsas problemlər siyasətin parçalanması və kompleks yanaşmanın olmaması olaraq qalır: bir çox hökumətlər ayrı-ayrı sahələrdə (məsələn, bərpa olunan enerji) pərakəndə tədbirlər tətbiq edir, lakin vahid ekoloji risklərin qiymətləndirilməsi sistemləri, məlumatların açıqlanması mexanizmləri və stimullaşdırıcı alətlər formalaşdırmurlar.

Ümumilikdə, müəlliflərin qeyd etdiyinə görə, CAREC ölkələrində “yaşıl” maliyyələşmə inkişafın ilkin mərhələsindədir. “Siyasətçilər onun potensialını getdikcə daha çox qəbul etsələr də, praktiki icra zəif inkişaf etmiş kapital bazarları, parçalanmış tənzimləyici sistemlər və kifayət qədər institusional imkanların olmaması səbəbindən məhdud olaraq qalır. Bir çox maliyyə institutları ekoloji risklərin və layihələrin qiymətləndirilməsi üçün texniki ekspertizaya malik deyil. Standart taksonomiyaların, etibarlı məlumat açıqlama sistemlərinin və effektiv regional koordinasiyanın olmaması da bazarın inkişafına mane olur. ‘Yaşıl’ maliyyələşmə ilə ‘yaşıl’ transformasiya arasındakı qarşılıqlı əlaqənin araşdırılması praktiki əhəmiyyət daşıyır və səmərəli siyasətin, investisiya strategiyalarının və beynəlxalq əməkdaşlığın hazırlanması üçün zəruridir”, -deyə hesabatda bildirilir.

Qeyd edək ki, CAREC proqramı iqtisadi artımın sürətləndirilməsi və yoxsulluğun azaldılması məqsədilə əməkdaşlıq edən 11 ölkə və inkişaf tərəfdaşını birləşdirir. CAREC-ə üzv ölkələr bunlardır: Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti