Bakı. Trend:
İran hava məkanından keçən bütün daxili, beynəlxalq və uçuşlar cədvəl üzrə həyata keçirilir.
Trend-in məlumatına görə, bu barədə İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi deyib.
"Hazırda bütün daxili və beynəlxalq uçuşlar, eləcə də İran hava məkanından keçən uçuşlar qrafikə uyğun olaraq həyata keçirilir və ölkənin hava nəqliyyatı şəbəkəsi fasiləsiz fəaliyyət göstərir", - deyə o bildirib.