...

Azərbaycan basketbol millisi səfərdə İrlandiyaya qalib gəlib

İdman Materials 28 Fevral 2026 02:54 (UTC +04:00)

Bakı. Trend:

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Trend-in məlumatına görə, A qrupunda yer alan yığma səfərdə İrlandiya seçməsinin qonağı olub.

Dublindəki "Milli Basketbol Arenası”nda təşkil olunan qarşılaşma yığmanın 76:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız növbəti görüşünü martın 2-si doğma meydanda Şimali Makedoniya seçməsinə qarşı keçirəcək.

Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olub.

Xəbər lenti

Xəbər lenti