Bakı. Trend:
ABŞ-nin Birinci xanımı Melaniya Tramp martın 2-nə planlaşdırılan BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, tədbir “Münaqişə şərəaitində uşaqlar, texnologiya və təhsil” mövzusuna həsr olunub və onun martın 2-də keçiriləcəyi gözlənilir.
ABŞ-nin hazırkı prezidenti Donald Trampın həyat yoldaşı çıxışında təhsilin insanlarda tolerantlığın formalaşdırılmasındakı rolunu vurğulamağı planlaşdırır.
BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, bu, tarixdə ilk dəfədir ki, ABŞ prezidentinin həyat yoldaşı Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. Onun sözlərinə görə, adətən sədr kürsüsünü üzv ölkəni təmsil edən səfir və ya hökumətin yüksək vəzifəli üzvü tutur.
