...

Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olunub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 27 Fevral 2026 13:45 (UTC +04:00)
Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olunub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocavənd. Trend:

Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumatlandırılıblar. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

xxx
13:19

Fevralın 27-də doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə çatıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 138 nəfərdən ibarət 41 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti