Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 2,172 milyard manata çatıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 26,6 milyon manat və ya 1,2% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 328,2 milyon manat və ya 17,8% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin fevralın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 50 milyon manat və ya 0,1% az, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.
