Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi 311,6 milyon manat, miqdarı isə 2,1 milyon ədəd olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2025-ci ilin yanvar ayı ilə müqayisədə AÖS vasitəsilə aparılmış əməliyyatların həcmi 223,7 milyon manat və ya 3,5 dəfə, miqdarı isə 1,97 milyon ədəd və ya 23,4 dəfə artıb.
Ötən ilin yanvar ayında ölkədə AÖS vasitəsilə keçirilən əməliyyatların həcmi 87,9 milyon manat, miqdarı isə 72,2 min ədəd təşkil edib.
Qeyd edək ki, yanvar ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və "Azərpoçt" SC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı öncəki ayla müqayisədə 176 min ədəd artıb və ümumilikdə 22 milyon 156 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 11 faiz artmış olub.
