Bakı. Trend:
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə qeydiyyatdan keçənlərin hazırki sayı məlum olub.
Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, indiyə qədər qeydiyyatdan keçənlərin ümüumi sayı 105098 nəfərdir.
Ali təhsil müəssisələrinə qəbul üçün ümumilikdə 103006 nəfər qeydiyyatdan keçib. Onların 94440 nəfəri Azərbaycan bölməsi, 10658 nəfəri isə rus bölməsi üzrə qeydiyyatdan keçib.
Kolleclərə qəbul üçün isə ümumilikdə 95068 nəfər qeydiyyatını tamamlayıb. Onların 86644 nəfəri Azərbaycan bölməsi, 8424 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.
2025-ci ildə "Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 794 nəfər, 2025-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasinda müsabiqəyə qoşulan abituriyentlərin sayı isə hələ ki, 1909 nəfərdir.
Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu martın 5-dək davam edəcək.
