...

Ötən il turizmin Azərbaycan iqtisadiyyatında payı tarixdə ilk dəfə 5,3 faizə yüksəlib – Fuad Nağıyev

Turizm Materials 27 Fevral 2026 15:33 (UTC +04:00)
Ötən il turizmin Azərbaycan iqtisadiyyatında payı tarixdə ilk dəfə 5,3 faizə yüksəlib – Fuad Nağıyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son dövrlərdə ölkəmizin gəlmə turizmi üzrə statistikasına təsir edən regional geosiyasi hadisələrə baxmayaraq, rəsmi statistik məlumatların təhlili turizmin müsbət dinamika ilə inkişaf etdiyini göstərir.

Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Sədr bildirib ki, 2021-2025-ci illər üzrə post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində ÜDM istehsalı hər il orta hesabla 24.5% artaraq 3,6 milyard manata çatıb:

“Bu isə COVID-19 pandemiyasından əvvəlki səviyyə ilə müqayisədə 23.2% çoxdur. İlkin nəticələrə görə turizm sahəsində yaradılan cəmi əlavə dəyər isə 2025-ci ildə 6,9 milyard manat olub. Nəticədə, 2025-ci ildə turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5.3 faizə yüksəlib”.

F.Nağıyev vurğulayıb ki, sürətli böyümə dinamikası bu sahə üzrə yeni iş yerlərinin yaradılması meyillərini dəstəkləyib:

“Postpandemiya dövründə turistlərin yerləşdirilməsi və içtimai iaşə fəaliyyəti sahəsində 58 min yeni muzdlu iş yeri yaradılıb ki, bunun da 21 mini 2025-ci ilin payına düşüb. Nəticədə, fəaliyyət sahəsinin muzdlu əmək bazarında payı 5 il ərzində 1,5 faizdən 4,6 faizə yüksəlib.

Ötən 5 ildə cəmi turist xərcləmələri 7,7 milyard manat artaraq 2025-ci ildə 9 milyard manata yüksəlib ki, bu da pandemiyadan əvvəlki səviyyədən 39% çoxdur. Həmçinin 2019-cu ilə nisbətən 2025-ci ildə gəlmə turizmi üzrə adambaşına turizm xərcləmələri də 74% artıb.

Beləliklə, son 5 ildə hotellərin gəlirləri 536 milyon manat, iaşə müəssisələri üzrə dövriyyə isə 2 milyard manatdan çox artıb. 2026-cı ilin yanvar ayında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayında da 2025-ci illə müqayisədə 5% artım var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti