Bakı. Trend:
İran hakimiyyəti nüvə silahı yaratmaq üçün yararlı olan zənginləşdirilmiş uranı öz ərazisində saxlamamağa razılıq verib.
Trend-in məlumatına görə, bu barədə əvvəllər Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçi kimi çıxış etmiş Omanın xarici işlər naziri Bədr əl-Busaidi ABŞ-nin "CBS" televiziya kanalına verdiyi müsahibədə bildirib.
"Hesab edirəm ki, ən vacib nailiyyət İranın heç vaxt bomba hazırlamaq üçün nüvə materialına sahib olmayacağı barədə razılığın əldə olunmasıdır", - deyə o qeyd edib.
"Bu, [ABŞ-ın 44-cü] prezidenti Barak Obamanın dövründə əldə edilmiş köhnə [İran nüvə sazişində] olmayan bir şeydir. Bu, tamamilə yeni bir şeydir", - deyə o əlavə edib. "Bu, zənginləşdirmə arqumentini daha az aktual edir, çünki indi sıfır ehtiyatdan danışırıq. Və bu, çox, çox vacibdir, çünki zənginləşdirilmiş materialı saxlaya bilmirsinizsə, zənginləşdirib-zənginləşdirməməyinizdən asılı olmayaraq, bomba düzəldə bilməzsiniz", - deyə o vurğulayıb.