...

Böyük Britaniyanın keçmiş baş naziri Zelenskinin müşaviri oldu

Dünya xəbərləri Materials 27 Fevral 2026 21:22 (UTC +04:00)
Böyük Britaniyanın keçmiş baş naziri Zelenskinin müşaviri oldu

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın sabiq Baş naziri Rişi Sunakı özünə müşavir təyin edib.

Trend-in məlumatına görə, bu barədə "The Independent" qəzeti xəbər verib.

"Rişi Sunak Kiyevin gələn qışa qədər enerji sektorunu bərpa etməyə çalışdığı bir vaxtda Ukrayna hökumətinə iqtisadi dirçəlişlə bağlı məsləhət verməyə başlayıb", - deyə bildirilib.

R.Sunakın pulsuz məsləhətlər verəcəyi qeyd edilib. Keçmiş Britaniya Baş nazirinin də daxil olduğu beynəlxalq qrup Ukraynaya müdafiə sektoruna investisiya cəlb etməyə və "ölkənin enerji dayanıqlığını gücləndirməyə" kömək etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti