...

BAEA rəhbəri ABŞ Dövlət Departamentinin rəsmisi ilə İranın nüvə proqramını müzakirə etdi

Dünya xəbərləri Materials 27 Fevral 2026 22:33 (UTC +04:00)
BAEA rəhbəri ABŞ Dövlət Departamentinin rəsmisi ilə İranın nüvə proqramını müzakirə etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ABŞ dövlət katibinin silahlara nəzarət və yayılmama üzrə köməkçisi Kristofer Yeo ilə İranın nüvə proqramını müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Rafael Qrossi "X" sosial şəbəkəsində yazıb.

"Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyində ABŞ dövlət katibinin silahlara nəzarət və yayılmama üzrə köməkçisi Kristofer Yeonu İrandakı vəziyyət də daxil olmaqla, mövcud yayılmama məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparmaq üçün qəbul etdim.

Agentliyə hərtərəfli dəstəyinə görə Amerika Birləşmiş Ştatlarına minnətdarlığımı bildirirəm", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti