...

İranla bağlı hələlik yekun qərar yoxdur - Tramp

Dünya xəbərləri Materials 27 Fevral 2026 23:13 (UTC +04:00)
İranla bağlı hələlik yekun qərar yoxdur - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranla bağlı hələlik yekun qərarın verilməyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp İranla davam edən danışıqlara münasibət bildirərək deyib.

O, İranın nüvə silahı əldə etməsinə icazə verilməməli olduğunu bir daha vurğulayıb və danışıqların hazırkı gedişatından narazılığını bildirdi.

"Onların nüvə silahı ola bilməz və biz onlarla danışıqlar gedişatından məmnun deyilik", - deyə o qeyd edib.

Tramp əlavə edib ki, sülh yolu ilə həll daha məqsədəuyğun olsa da, digər variantlar hələ də qüvvədə qalır.

"Bunu hərbi yolu olmadan edə bilsəydik, yaxşı olardı, amma bəzən bunu fərqli şəkildə etməli oluruq", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti