...

Boliviyada təyyarənin qəzaya uğraması nəticəsində 15 nəfər həlak oldu

Dünya xəbərləri Materials 28 Fevral 2026 06:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin El-Alto şəhərində magistral yolda qəzaya uğraması nəticəsində ən azı 15 nəfər ölüb, 12 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Unitel" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Boliviyanın yanğınsöndürmə rəisi Pavel Tovar televiziyada bildirib ki, hadisə nəticəsində bütün heyət üzvləri həlak olub.

Həkimlər və yanğınsöndürənlər hadisə yerində işlərini davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti