Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,855 milyard manata çatıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 11,4 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,7 milyon manat və ya 0,5% azdır.
Qeyd edək ki, ümumilikdə bu ilin fevralın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 50 milyon manat və ya 0,1% az, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.
