...

Bu il smartfon bazarı çökə bilər - "International Data Corporation"

Dünya xəbərləri Materials 27 Fevral 2026 20:22 (UTC +04:00)
Bu il smartfon bazarı çökə bilər - "International Data Corporation"
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə qlobal smartfon bazarı tarixinin ən böyük tənəzzülünü yaşayacaq.

Trend xəbər verir ki, bu barədə “International Data Corporation” (IDC) tərəfindən yayımlanan hesabatda bildirilir.

Analitiklərin proqnozuna görə, 2026-cı ildə dünyada smartfon tədarüklərinin həcmi illik müqayisədə 12,9 faiz azalaraq 1,1 milyard ədəd təşkil edəcək.

“Biz müvəqqəti azalma deyil, əməli yaddaş (RAM) təchizat zəncirində yaranmış və istehlak elektronikası sənayesinin bütün seqmentlərinə dalğa effekti ilə yayılan sunami tipli şok müşahidə edirik”, - deyə IDC nümayəndəsi Fransisko Jeronimo vəziyyəti belə təsvir edib.

Hazırda süni intellekt texnologiyaları sürətlə inkişaf etdiyindən, əməli yaddaşlara (random access memory – RAM) həddən ziyadə böyük tələbat yaranıb.

IDC mütəxəssisləri vurğulayıblar ki, bazardakı geriləmə komponentlərin yüksək qiymətləri səbəbindən yaranan RAM böhranı ilə bağlı olacaq. Tədqiqatlar üzrə baş direktor Nabil Popal bildirib ki, yaddaş böhranı sadəcə müvəqqəti enişə deyil, bütün bazarın struktur yenidənqurulmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti