...

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilib

Siyasət Materials 27 Fevral 2026 14:18 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanda əksini tapıb.

Sənəddə qeyd edilir ki, Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:

Şuranın sədri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Şuranın üzvləri:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının elm və təhsil naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Xəbər lenti

Xəbər lenti