...

Yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

İqtisadiyyat Materials 27 Fevral 2026 13:40 (UTC +04:00)
Yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 17,4 milyon manat kredit verilib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 milyon manat və ya 17,9% azdır.

Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 19,6 milyon manat olub ki, bu da 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,4 milyon manat və ya 7,7% çoxdur.

Bundan başqa, ötən ilin eyni dövrü ilə müqayisədə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği və Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği 100% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti