...

Bu rayonlara qar yağır

Cəmiyyət Materials 27 Fevral 2026 16:03 (UTC +04:00)
Bu rayonlara qar yağır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 27-si saat 15:00-a olan hava məlumatı açıqlanıb.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 27-si saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə şərq küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 28, Naftalan və Şəmkirdə 24, Goranboyda 23, Culfa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 21, Salyan, Sabirabad, Tovuz və Neftçalada 20, Salyan, Şəki və İsmayıllıda 18, Ağstafa, Qobustan və Hacıqabulda 16 m/s, Şamaxıda 15 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Sədərək, Naftalan, Şabran, Qusar, Xaçmaz, Goranboy, Tərtər, Bərdə, Beyləqan, Lənkəran, Astara, Ağdamda yağış, Xınalıq, Ordubad, Şahdağa isə qar yağır.

Daşkəsən, Sarıbaş (Qax), Qobustan, Quba, Qusar, Xızı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti