Bakı. Trend:
Şəhər və kənd məkanlarının tarazlı inkişafının təmin olunması, son 5 ildə post-münaqişə dövründə yeni yaşayış məntəqələrinin salınması, müasir və dayanıqlı məkan modelinin formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arixtektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov komitənin təşkilatçılığı keçirilən "Təməl" Memarlıq Mükafatının təqdimetmə mərasimində çıxışı zamanı deyib.
Sədrin birinci müavini bildirib ki, bu günədək ölkəmizin 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub:
“Qalan şəhərlərin planlarının yenilənməsi üzrə işlər davam edir. Qarabağ və Şərqi Zəngəzur regionunda yerləşən 12 şəhərdən 8-nin Baş planı artıq təsdiqlənib. Təsdiq olunan hər bir Baş plan, tətbiq edilən hər bir innovativ alət və reallaşdırılan hər bir layihə gələcək nəsillər üçün daha təhlükəsiz, rahat və insanmərkəzli yaşayış mühitinin möhkəm təməlini qoyub”.
