...

FHN-in vəzifələri sırasına minatəmizləmə fəaliyyətində iştirak daxil edilib - Fərman

Siyasət Materials 27 Fevral 2026 16:53 (UTC +04:00)
FHN-in vəzifələri sırasına minatəmizləmə fəaliyyətində iştirak daxil edilib - Fərman
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak edəcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərmanda öz əksini tapıb.

Fərmana əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”nə də dəyişiklik edilib.

Belə ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qoruq ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə verməlidir.

Xəbər lenti

Xəbər lenti