Bakı. Trend:
Kapital bazarları, Azərbaycan iqtisadiyyatının transformasiyasını dəstəkləyir, əmanətləri biznes və infrastruktur üçün uzunmüddətli investisiyalara çevirir.
Trend-in məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya regionu üzrə özəl sektorun inkişafı departamentinin regional rəhbəri Enriko Pinalli bildirib.
"O zaman şirkətlər istiqraz və kapital bazarları vasitəsilə maliyyə cəlb edə bilirlər, onlar qısa müddətli bank kreditlərindən daha az asılı olurlar və artıma, innovasiyalara və dayanıqlı inkişafa sərmayə qoya bilərlər. AİB bazarda fəallığı təşviq edərək kapital bazarlarının inkişafını dəstəkləyir. Biz şirkətlər və maliyyə institutları ilə əməkdaşlıq edərək yeni istiqrazların buraxılmasına dəstək oluruq, investor kimi fəaliyyət göstəririk, digər investorları cəlb edirik, həmçinin "yaşıl" və dayanıqlı istiqrazlar kimi alətləri təqdim edirik", – o, sosial şəbəkə hesabındakı payılaşımda qeyd edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının son məlumatlarına görə, AİB-in Azərbaycana birbaşa investisiyası 2025-ci ilin ilk doqquz ayında 5,464 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,396 milyon dollar və ya 3,6 dəfə azdır.
2024-cü ilin yanvar-sentyabr ayları arasında AİB-in Azərbaycana birbaşa investisiyası 19,86 milyon dollar təşkil edib.
Hesabat dövründə AİB-in investisiyası Azərbaycana qoyulan ümumi xarici birbaşa investisiyaların 0,1%-ni təşkil edib.
