...

İran özünü müdafiə etməyə hər zaman hazırdır – XİN

Dünya xəbərləri Materials 28 Fevral 2026 13:23 (UTC +04:00)
İran özünü müdafiə etməyə hər zaman hazırdır – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran hər zaman müzakirəyə hazır olduğu kimi, özünü müdafiə etməyə də hər zaman hazırdır.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən, İran silahlı qüvvələri var-gücü ilə edilən hücumlara cavab verəcək.

Bəyanatda bildirilir ki, İsrail və ABŞ-nin İrana hərbi hava hücumları BMT nizamnaməsinin açıq-aşkar şəkildə pozulması və İrana açıq-aşkar silahlı hücumdur. İran bu hücumlara cavab olaraq BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq var-gücündən və imkanlarında istifadə edərək hücumların qarşısını alacaq.

Bəyanatda qeyd olunur ki, İran beynləxalq sülh və təhlükəsizliyin pozulması ilə əlaqədar BMT və BMT Təhlükəsizlik Şurasının öz vəzifəsini yerinə yetirməsini istəyir.

“BMT-yə üzv bütün ölkələr, xüsusilə region və müsəlman ölkələri, Qoşulmama Hərəkatına üzv ölkələr və beynəlxalq sülhlə əlaqədar məsuliyyət hiss edən ölkələrdən bu hücumlara reaksiya vermələri region və dünyada sülhün qorunması istiqamətində addım atmaları gözlənilir”, - bəyanatda vurğulanır.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti