Bakı. Trend:
İran rəhbərliyinin bütün nümayəndələri İsrailin hücumlarının hədəfidir.
Trend xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı İsrail ordusundan olan yüksəkvəzifəli rəsmiyə istinadən məlumat yayıb.
“İran rəhbərliyinin bütün nümayəndələri hücumun hədəfidir,” – deyə o bildirib.
Məlumata görə, Təbrizdə, Ali Rəhbər Əli Xameneinin iqamətgahı və prezident sarayının yerləşdiyi ərazilərdə təxminən yeddi raket zərbəsi qeydə alınıb. Hücumların hədəfi həmçinin Təbrizin cənub hissəsində yerləşən bir neçə nazirlik olub.
Xatırladaq ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail İrana hava zərbələri endirməyə başlayıb. İsrailin Müdafiə Naziri bu zərbələrin qabaqlayıcı xarakter daşıdığını qeyd edib.
