...

Pakistan-Əfqanıstan münaqişəsi: 330-dan çox taliban döyüşçüsü öldürülüb

Dünya xəbərləri Materials 28 Fevral 2026 09:29 (UTC +04:00)
Pakistan-Əfqanıstan münaqişəsi: 330-dan çox taliban döyüşçüsü öldürülüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan-Əfqanıstan sərhədində vəziyyət gərgin olaraq qalır. Son bir neçə saat ərzində Pakistan silahlı qüvvələri həmlə əməliyyatlarını davam etdirərək, bir neçə əfqan postunu nəzarətə götürüb.

Trend bu barədə Pakistanın dövlət mediasına istinadən xəbər verir.

Məlumata görə, sərhədin Qila Seyfullah sektorunda 2, Əzam Varsak sektoruna bir, eləcə də Xeybər, Omari və Nuşki sektorlarında bir neçə postun ələ keçirildiyi bildirilir.

Qeyd edək ki, Pakistanın İnformasiya Naziri Attaullah Tərarın son açıqlamasına əsasən, son bir neçə gün ərzində gedən toqquşmalarda 331 əfqan-taliban döyüşçüsü öldürülüb, 500-dən çox döyüşçü yaralanıb.

Bundan başqa nazir bildirib ki, 104 Taliban postu, 163 tankı və digər zirehli texnika məhv edilib. Ümumilikdə 22 əfqan postuun nəzarətə götürüldüyü qeyd olunur.

Xatırladaq ki, fevralın 26-sı axşam saatlarında Pakistan–Əfqanıstan sərhədində vəziyyət yenidən gərginləşib. Kabil Pakistanın Əfqanıstan ərazisinə endirdiyi son aviazərbələrə cavab olaraq hərbi əməliyyat həyata keçirdiyini bildirib. İslamabadda isə Pakistan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində 274-dən çox əfqan hərbçinin həlak olduğu və təxminən 115 vahid hərbi texnikanın məhv edildiyi açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti