Bakı. Trend:
İran şəhərlərində partlayışlar baş verib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, İranın İsfahan, Qum, Kərəc, Xorrəmabad və Kirmanşah şəhərlərində də partlayışlar baş verib.
xxx
10:42
Tehranın qərbində və mərkəzində bir sıra partlayışlar baş verib.
Bu barədə Trend İran KİV-ə istinadən xəbər verir.
Partlayışların raketlər nəticəsində baş verdiyi bildirilir.
xxx
10:33
Az öncə İran paytaxtı Tehranda üç partlayış baş verib.
Bu barədə Trend İran KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hazırda partlayış baş verən əraziləri qatı tüstü bürüyüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb edilib.
Ölənlər və xəsarət alanlar haqda məlumat verilməyib.
