Bakı. Trend:
İrandan İsrail istiqamətinə ballistik raketlərin buraxılması qeydə alınıb.
Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qısa zamanda ölkənin təhlükədə olan yaşayış məntəqələrində həyəcan təbillərinin çalınması gözlənilir.
İsrail hökuməti vətəndaşlarını təhlükəsiz sığınacaqlara üz tutmağa çağırıb.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endirməyə başlayıb.
