Bakı.Trend:
Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanın rezident maliyyə institutları tərəfindən buraxılmış MasterCard ödəniş kartları (statistik vahidlərin ödəniş kartları daxil olmaqla) vasitəsilə ümumilikdə 72,329 milyon əməliyyat həyata keçirilib və əməliyyatların ümumi həcmi 3,961 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Məlumata əsasən, ötən ilin yanvar ayı ilə müqayisədə əməliyyatların sayı 3,465 milyon (5 faiz) artıb, əməliyyatların həcmi isə 246 milyon manat (5,8 faiz) azalıb.
Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış MasterCard kartları üzrə əməliyyatların sayı 543,3 min, əməliyyatların həcmi isə 54,7 milyon manat təşkil edib.
Qeyd edək ki, rezident kartlarla əməliyyatlar dedikdə Azərbaycanda fəaliyyət göstərən bank və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə edilməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlarla əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə edilməklə aparılan tranzaksiyalardır.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
