...

İranda zərbələrin məqsədi rejimi devirməkdir - Tramp

Dünya xəbərləri Materials 28 Fevral 2026 12:35 (UTC +04:00)
İranda zərbələrin məqsədi rejimi devirməkdir - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranda davam edən zərbələrin məqsədi rejimi devirməkdir və o, İran xalqını yaranmış imkandan istifadə edərək hakimiyyəti ələ almağa çağırıb.

Trend xəbər verir ki, Ağ Ev rəhbəri İrana qarşı başlanılan əməliyyatla bağlı xalqa etdiyi videomüraciəti öz “Truth Social” sosial şəbəkə hesabında paylaşıb.

ABŞ-nin İrana dənizdən və havadan zərbələrini təsdiqləyən səkkiz dəqiqəlik video müraciətində Tramp deyib:

“İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinə, silahlı qüvvələrə və bütün polis əməkdaşlarına bu gecə (ABŞ-da həmin vaxt gecə saatları olub-red) deyirəm ki, silahlarınızı yerə qoymalısınız və tam toxunulmazlıq əldə edəcəksiniz, əks halda qaçılmaz ölümlə üzləşəcəksiniz”.

“Silahlarınızı yerə qoyun. Sizə tam toxunulmazlıqla ədalətli davranılacaq, əks halda qaçılmaz ölümlə üzləşəcəksiniz,” – deyə Tramp bildirib.

Trampın sözlərinə görə, böyük və məğrur İran xalqının azadlıq saatı yetişib.

“Sığınacaqda qalın. Evdən çıxmayın. Çöldə vəziyyət çox təhlükəlidir. Bombalar hər yerə düşəcək,” – o, sözlərinə davam edib.Biz işimizi başa çatdırdıqdan sonra hakimiyyəti ələ keçirin. O, sizin olacaq. Bu, yəqin ki, nəsillər boyu əldə edə biləcəyiniz yeganə şansdır”, - Tramp vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti