Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında XXII turun daha iki oyunu keçiriləcək.
Trend xəbər verir ki, "Neftçi" "Şamaxı"nın, "Karvan Yevlax" isə "Qəbələ"nin qonağı olacaq.
İlk görüş saat 14:30-da Şamaxıda, ikinci oyun 17:00-da Qəbələdə start götürəcək.
Xatırladaq ki, turun daha əvvəl baş tutan matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" isə "Araz-Naxçıvan"ı (1:0) hesabı ilə məğlub edib.
