...

Martın ilk günündə hava necə olacaq?

Cəmiyyət Materials 28 Fevral 2026 12:32 (UTC +04:00)
Martın ilk günündə hava necə olacaq?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0 dərəcədən 2 dərəcəyədək, gündüz 3 dərəcədən 5 dərəcəyədək olacaq.Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcədən 4 dərəcəyədək, gündüz 4 dərəcədən 7 dərəcəyədək, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə -10 dərəcədən -15 dərəcəyədək, gündüz 0 dərəcədən -5 dərəcəyədək olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti