...

İran KİV İsrailə doğru raketlər buraxıldığını bəyan edib

Dünya xəbərləri Materials 28 Fevral 2026 12:38 (UTC +04:00)
İran KİV İsrailə doğru raketlər buraxıldığını bəyan edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə seçilən “Nur News” informasiya agentliyi İrandan İsrailə doğru onlarla raketin buraxıldığını bildirib.

Trend-in məlumatına görə, raketlərin ballistik raketlər olduğu qeyd olunur.

Qeyd edək ki, İsrail və ABŞ-nin İrana hücum etməsi nəticəsində İranın da hücuma hazırladşdığı bildirilib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti