...

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb - DİN

Gündəm Materials 28 Fevral 2026 09:56 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 132, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti