Bakı. Trend:
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.
Trend xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.
AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam
edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün
lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki
dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected]
elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya
bilərlər.
