...

Qətər və Bəhreyndə həyəcan siqnalları səslənir - hava məkanları bağlandı

Dünya xəbərləri Materials 28 Fevral 2026 13:10 (UTC +04:00)
Qətər və Bəhreyndə həyəcan siqnalları səslənir - hava məkanları bağlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran-İsrail arasında eskalasiyalar fonunda Bəhreyndə partlayışların baş verdiyi bildirilir.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Bundan əvvəl Bəhreynin Daxili İşlər Nazirliyi həyəcan siqnalı verərək, bütün vətəndaşları təhlükəsiz ərazilərə sığınmağa çağırmışdı.

Əlavə edək ki, Qətərin paytaxtı Doha da ballistik raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı səslənib. “Əl-Cəzirə” telekanalı Patriot sistemi ilə bir İran ballistik raketinin zərərsizləşdirildiyini xəbər verir. Səslənən həyəcan siqnalı canlı yayım zamanı da eşidilib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endirməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti